29 iyul 2022 16:36
681

Müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki,  İnsan Resursları Mərkəzindən verilən məlumata görə, 14-22 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.