16 fevral 2020 19:57
1450

Naxçıvanda daha bir uşaq distant tədrisə cəlb olunub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud daha bir uşaq - Elnar Həsənov distant tədrisə cəlb edilib. O da həmyaşıdları kimi bundan sonra öz müəllimlərinin köməyi ilə biliyini artıracaq.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində yaşayan Elnar Həsənov zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi, həmçinin texniki avadanlıqlarla təmin olunub.

Qeyd edək ki, məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllimi tərəfindən Elnara artıq ilk dərs keçirilib.

Elnarın valideyni Səfurə Həsənova yaradılan şəraitə görə minnətdarlığını bildirib.