24 mart 2020 22:45
1647

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ayrılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 24-də Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin Sərəncamla Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200 000 (iki yüz min) manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb.