10 fevral 2020 15:06
676

Nazir Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib - FOTO

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.

Nümayəndə heyətinə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Büstün önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, səfər çərçivəsində Gürcüstanın Baş Naziri Giorgi Qaxaria, İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və Tbilisidəki azərbaycanlı iş adamları ilə görüşlər keçiriləcək. //AZƏRTAC