Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıqlarını davam etdirir.
Təşkilatdan verilən məlumata görə, rayon ərazisində mövcud 17 bələdiyyə və 163 bələdiyyə üzvü yeri var ki, bunların da hər birinə YAP üzvlərinin namizədliyi irəli sürülüb. Namizədliyi irəli sürülən 163 nəfərin 37 faizi gənclər, 38.7 faizi isə qadınlardır. Səsvermə günü rayondakı 60 və 61 saylı Dairə Seçki komissiyalarında 45 seçki məntəqəsi fəaliyyət göstərəcək.
“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub
Mehriban Əliyeva: Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün