25 iyun 2020 15:01
1018

Neftçalaya yeni prokuror təyin edildi

Prokurorluq orqanlarında yeni təyinat olub. “İki sahil” APA-ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Baş prokurorun əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.