31 avqust 2018 17:58
1154

Şərur rayonunda 12 hektara yaxın sahədə tütün əkilib

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada da tütünçülüyün inkişafına təkan verib. Bu il muxtar respublikanın Şərur rayonunda 12 hektara yaxın sahədə tütün əkilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonunun təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı, tütünçülüyə ayrılan subsidiya, eləcə də güzəştli şərtlərlə lizinq yolu ilə texnikaların verilməsi nəticəsində rayonda tütünçülüyə maraq xeyli artıb.

Qeyd edək ki, ötən ildən etibarən Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Naxçıvanda istehsal edilən məhsullar Türkiyə ərazisinə rüsumsuz ixrac olunur. Bu da tütünçülüklə məşğul olan naxçıvanlı sahibkarların yaxşı qazanc əldə etməsinə şərait yaradır.