16 fevral 2016 01:42
8025

Xərçəngin dərmanı- Işgın (Çaşır)

ABŞ-ın Atlanta Universitetində aparılan təcrübələr nəticəsində məlub olub ki, Işgın (Çaşır) adlı bitki xərçəng hüceyrələrini məhv edir.

Siçanlar üzərində iki mərhələdə aparılan təcrübə müsbət nəticə verib. Bitkinin tərkibində olan “parietin” adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə yeridilib. İki gün ərzində xərçəng hüceyrələrinin yarısı ölüb.

Mütəxəssislər Işgından hazırlanmış xərçəng dərmanının bir neçə il ərzində bu xəstəliyin müalicəsində istifadə ediləcəyini bildirirlər. Ancaq təcrübənin nəticələri müsbət olsa da, Işgının dərmana çevrilməsi üçün yeni araşdırmalar aparılmalıdır.

 “Daily Express” qəzetində "Işgın həyatınızı xilas edə bilər" başlığı ilə dərc olunan xəbər dünya mətbuatında böyük əks-səda yaradıb.

Qeyd edək ki, bu bitki Azərbaycanın bir sıra bölgələrində geniş yayılıb.