23 yanvar 2021 22:03
719

Nigeriyada qaz daşıyan avtomobil partlayıb

Nigeriyanın cənub-şərqində qaz daşıyan avtomobil partlayıb.

"İki sahil" xəbər verir ki, partlayış Aqbor şəhərində yerləşən qaz doldurma məntəqəsində baş verib.

Məlumata əsasən, partlayış nəticəsində 30 nəfər həlak olub, 17 nəfər yaralanıb. Yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ciddi ziyan dəyib.

İnsidentlə bağlı araşdırma aparılır.