Dopinq sarıdan təmiz idmançıların müdafiəsi Olimpiya Oyunlarının yerinə yetirdiyi əsas vəzifələrdən biridir. Bu barədə jurnalistlərə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Tomas Bax Lozannada keçirilən Yeniyetmələrin Qış Oyunlarının startından əvvəl bildirib.
Lozannada Oyunlar yanvarın 9-dan 22-dək keçiriləcək.
Tomas Bax deyib: “Bu Oyunlar Olimpiya dəyərlərini əks etdirir. Burada idmançılar ruhlana və Olimpiya dəyərləri barədə daha çox şey öyrənə bilərlər. Həmçinin hansısa dopinq növündən istifadə etmədən təmiz yarışmağın nə qədər mühüm olmasını da”.
“Bu, idmançılara və bütün dünyaya onu göstərir ki, Olimpiya Oyunları dopinqlə heç bir əlaqəsi olmayan idmançıları müdafiə etməyə istiqamətlənib”, - deyə komitə rəhbəri bildirib. //AZƏRTAC