11 iyul 2020 12:31
857

Ölkəmizdə 5 nəfəri gün vurub, 42 nəfəri ilan sancıb

Yay mövsümünün başladığı dövrdən 5 nəfər günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub.

Bu barədə şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov məlumat verib.

O bildirib ki, həmin şəxslərə məsləhət verilərək evə buraxılıb.

Baş toksikoloq, həmçinin qeyd edib ki, 42 nəfər gürzə ilanın sancması ilə bağlı şöbəyə müraciət edib: "Onlardan 8-i uşaq olub. Ölüm halı baş verməyib. Bundan əlavə, 4 nəfər əqrəb sancması ilə müraciət edib, onlardan bir nəfər qəbul olunub. Ölən olmayıb".