Vətəndaşların nələrəsə münasibətləri fərqli ola bilər. Vətən hamımıın Vətəni, dövlət hamımızın dövləti, ordu hamımızın ordusu olduğu üçün bu üç məfhuma - Vətənə, dövlətə, orduya isə yox.
Son illərdə ordu quruculuğunda həyata keşirilən iri miqyaslı islahatlar da, genişmiqyaslı təlimlər də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını əhəmiyyətli səviyyədə yüksəldib. Belə yüksəlişin nəticəsidir ki, ordumuz nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır...
Vəzifəsindən, rütbəsindən asılı olmayaraq hər bir hərbi qulluqçu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tövsiyyələrini, göstərişlərini, tələblərini, əmrlərini böyük məsuliyyətlə yerinə yetirir, vahid bir amalla xidmət edir: Torpaqlarımıızı işğaldan azad edəcəyik! Kütləvi vətənpərvərlik tədbirləri də mahiyyəti etibarilə bu amalın tərkib hissələrindəndir...
Hər bir hərbi qulluqçu üçün Vətən, dövlət, xalq ucalığı var. Bu ucalıq hərbi xidmət anlayışı ilə ömür anlayışını məfkurə baxımından eyniləşdirir. Bu eyniləşdirmə əsgər düşüncəsinin nəticəsidir - belə düşünürük və qənaətimizdə israrlıyıq.
“Bu ömür sənindi, Vətən” - ifadəsi Azərbaycan əsgəri üçün Hərbi andın zərrəsidi, Hərbi anadan süzülən and misallı deyimdi - etirafdı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı həm də bu və bu kimi deyimlər əsasında formalaşır. müəyyən qədər əhəmiyyətli olacağına inanırıq, əminik, siz də əmin olun.
Baş leytenant Bünyad İsayev demişdi ki, hərbi xidmət təkcə vətəndaşlıq borcu kimi qəbul edilməməlidir. Vətəndaşlıq borcudu, ancaq milli-xəlqi ruhun borcu kimi yerinə yetirilməlidir. Vətəndaşlıq borcunun belə yerinə yetirilməsi ictimaiyyətin orduya inamını, güvəncini daha da artırır.
Vətən üçün yaşanan ömür daha mənalı, təkcə ömür yiyəsi üçün deyil, həm də cəmiyyət üçün daha gərəkli olur, - demişdim. Zabit tərəddüd etmədən fikrimi dəstəkləmişdi:
Bəli, əslində cəmiyyəti cəmiyyət kimi bəşərilik miqyasında belə ömürlər formalaşdırır...
Qəhrəmanlar (Vəzir Orucov, Şirin Mirzəyev,Yusif Mirzəyev,Rasim İbrahimov, Etibar Hüseynov, Mübariz İbrahimov, Samid İmanov, Raquf Orucov, Çingiz Qurbanov və b.), şəhid hərbçilər “Bu ömür sənindi, Vətən!” - deyib döyüşürdü. 2016-cı ilin aprel döyüşləri, qazanılan böyük qələbə təsdiqlədi ki, hər bir hərbi qulluqçu belə döyüşüb.
Zabitin sözünə qüvvət kimi deyirəm ki, ömür ölümdən ölümə qədərki zaman deyil. Ömür Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılan aylardı, illərdi. Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılan ömürlərin başlanğıcı olur, sonu olmur. Şəhid ömrü belə işıqlı ömürdü. Bu işıq əbədiyyətin cığırdaşıdı.
Əsgər Azər Qənbərli deyir:
-Çağırışçı hərbi xidmətə müəyyən biliklərlə, müəyyən dünyagörüşlə gəlir. Hərbi xidmətdə yeni biliklər, vərdişlər əldə edir. Bu biliklər hərbi biliklərdir, vərdişlər hərbi vərdislərdir. Hərbi xidmətə gələnə kimi nəyi qoruyacağımızı bilirdik, necə qoruyacağımızı hərbi xidmətdə öyrəndik. Hərbi xidmətdə həm də Vətənin, dövlətin nə olduğu haqqında düşüncələrimiz genişləndi, dərinləşdi. Ömrümüz, əlbəttə ki, hərbi xidmət dövründə də. tərxis olunduqdan sonra da müqəddəs Vətənə müqəddəs xidmət üçündü...
Əsgərlərə baxıram. Azər Qənbərlinin dediklərinin onların düşüncələrinə necə hopduğunu hiss etmək, sezmək çətin deyil; maraq istəyin, istək niyyətin, amalın başlanğıcıdı. Duyduqlarım, sezdiklərim başlanğıc deyil, davamdı. Hiss olunur ki, hərbi xidmətin ayları səmərəli keçib. Bu səmərə həm də düşüncələrdədi. Hərbi xidmətin ilk günləriylə andiçmənin səhərisi arasında kifayət qədər fərq olduğunu heç kim inkar edə bilməz. Bu fərqin mahiyyəti Vətən sevgiisidi. Hərbi xidmətin hər günü bu sevgini bir az da dönməzləşdirib.
Azərbaycanımızın dövlət müstəqilliyi məhdudlaşdırılanda da xalq var olalı müstəqillik istəyi yaşam mübarizəsinin tərkib hissəsi bilən Vətən məfhumunun müqəddəsliyini qoruyub. Bunları sözgəlişi deyirəm. Əsgər Ayxan Nağıyev demişdi:
-Rus imperiyası 1920-ci ilin aprelin 28-də Azərbaycan Demokratik Respublikasının dövlət müstəqilliyinə son qoydu. Ancaq xalq azadlıq mübarizəsini gah gizlin, gah aşkar davam etdirdi. 1988-ci ildə bu mübarizə dönməz bir hərəkata çevrildi. Milli-azadlıq hərəkatı kükrədi. İmperiya bu hərəkatı söndürmək üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeritdi. Xalq çəkinmədi, geri çəkilmədi. İmperiya 20 Yanvar gecəsi faciə törətdi, qırğın etdi...
Ayxanın sözünə söykək olsun deyə xalq şairi Xəlil Rza Ulutürkün misralarını xatırladıram. Şair xalqın adından deyirdi ki, qolumdakı zəncirləri gərək qıram, gərək qıram!
Ayxan bu misralara istinadən sözünə davam edir:
1991-ci ilin oktyabrında işğalın zəncirləri qırıldı. Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Şəhidlər təsdiqlədilər ki, ömür Vətən üçün, xalq üçün, dövlət üçün yaşanılanda dövlət də qorunur, dövlətçilik də...
Biz də əsgərin şəhidiliyə ehtiramını dövlətçiliyə sevgisinin başlanğıcı bilirik, əsgər Vasif Şıxəlizadə də:
Ermənistanın Azərbaycandan ərazi iddiası elan olunmadan başlayan müharibəyə səbəb oldu. Döyüşənlər, şəhidlər təsdiqlədilər ki, Vətən xalq, dövlət ömürdən ucadır. Bir qazilərin də, şəhidlərin də amalının davamçılarıyıq. Himnimizdə deyildiyi kimi, Azərbaycan üçün hamımız can verməyə hazırıq...
Əsgər Xətai Mehtiyev deyir:
-Orta məktəbdə oxuyanda “Hardan başlanır Vətən?” mövzusunda biz də inşa yasmışıq. Hərə öz düşündüyünü yazıb. Bu sualı biz də çox eşitmişik, bu suala verilən cavablardan da xəbərdarıq. Bir məqalədə oxumuşduq ki, Vətən əsgər ürəyindən başlayır. Bu fikir bizim hər birimizin gücünə güc verib. Bu fikir hamımızın ürəyincədi. Onu “Hardan başlanır Vətən?” sualına ən dürüst, ən məniqli cavab bilirik. Vətənin baslanğıcı həqiqətən əsgər ürəyidi. Səngərin nə olduğunu bilənlər üçün belədi...
Baş leytenant Bünyad İsayev əsgərin fikrini bəyənmişdi və onun davamı kimi demişdi:
-Əslində Vətən kəlməsi üçün nəhayət, son anlayışı yoxdu. Ancaq yenə deyə bilərik ki, Vətənin başlanğıcı da, nəhayəti də əsgər ürəyidi. Hərbi xidmət, deməli, əsgər Vətən üçündü. Əsgər ürəyinin müəyyənləşdirdiyi ömür Vətən üçün yaşanılır. Ona görə öz adımdan, əsgərlərimizin adından deyə bilərəm ki, “Bu ömür sənindi, Vətən!”
Hamı kimi əsgər Xətai Mehtiyev də kapitanın sözə müdaxiləsini məmnunluqla dinləmişdi və fikrini belə tamalamışdı:
-Biz məhz belə xidmət edirik. Azərbaycanda hərbi xidmət həmişə belə olacaq.
Əsgərə xitabən demişdim ki, müqəddəsliyi hamı dərk edirsə, müqəddəsliyə hamının münasibəti müqəddəsdirsə, sənin, sənin timsalında əsgər yoldaşlarının belə qənaəti istər jurnalist kimi, istərsə də vətəndaş kimi bizi bir daha əmin etdi ki, güclü Azərbaycan ordusu Ali Baş Komandanın döyüş əmrinə hazırdır, torpaqlarımızı işğaldan tamamilə azad etməyə qadirdir bu qadirlik mütləqdir!...
Əsgər Xətai Mehtiyevin fikirləri mənə bir şeirin bir misrasını xatırlatdı: “Vətən, səndən ayrı ömrü neylərəm?”. Məzmunlu deyilib. Misra söhbətin mahiyyətini poetik baxlmdan tamamlayır.
Baş leytenant demişdi ki,Vətən sevgisinin bu səviyyədə anlaşılması vətəndaşın mənəvi kamilliyidi.
Gizir Tofiq Aslanov deyir ki, Vətənin nə
olduğunu bu səviyyədə dərk etməyən nümunəvi əsgər ola bilməz. Nümunəvi əsgər deyilsənsə, yaxşı vətəndaş deyilsən.
Əsgər Vüsal Qədirli əsgər dostunun fikrinə maraqlı fikir bildirir. Bu müdaxilə hamımıza könül xoşluğu verir:
-Yaxşı vətəndaş olmayan yaxşı oğul deyil.
Səmimi, məzmunlu, düşündürücü mükalimələşmədi. Düşünə-düşünə əsgər düşüncələriylə qürurlanırıq - əsgərlərin nə gözəl düşünür, Vətən, qürurlana-qürurlana düşünürük - bu duyum, bu duyğu sənin mənəvi kamilliyinin təsdiqidi, Azərbaycan əsgəri!
Əsgər Emin Məmmədov deyir:
-Yaxşı oğul deyilsənsə, ömür sənə haramdı!
...Əsgərlərlə söhbətimiz mənəvi kamillik üçün az qala düstur kimi qəbul ediləsi bir fikirlə tamamlanır: Bu ömür sənindir, Vətən!
Rəşid Faxralı