07 iyul 2020 21:07
1816

“Ordusunun ərzaq ehtiyacını ödəyə bilməyən Ermənistanın Azərbaycanı raket zərbələri ilə hədələməsi absurddur”

Cəlil Xəlilov: “İşğalçılıq siaysətindən imtina etməyəcəyi təqdirdə İrəvanın xilası mümkünsüzdür”

Son günlər Ermənistanın istər keçmiş müdafiə naziri, istərsə də sabiq baş qərargah rəisi Azərbaycanın ünvanına ciddi hədələr səsləndirməkdədir. Bunların içərisində müharibə olacağı təqdirdə Mingəçevir su anbarı, habelə Bakıdakı neft platformalarının vurulacağı kimi təhdidlər də yer alır ki, bu da Ermənistanın öz işağıçılıq, təcavüzkarlıq mövqeyindən imtina etmədiyini göstərir.

Bəs düşmənin səsləndirdiyi bu hədələr nə dərəcədə realdır? Doğrudanmı Ermənistan hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəmizdəki strateji obteyektlərə raket zərbələri endirə bilər?

"İki sahil"ə açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov erməni generallarının bu hədələrinin xəyal məhsulundan başqa bir şey olmadığını vurğuladı:

“Əslində Ermənistan tərəfinin bu cür bəyanatlar səsləndirməsi bizim üçün yenilik deyil. Çünki işğalçı dövlət bundan öncə də dəfələrlə bu cür gülünc, reallıqla bir araya sığmayan təhdidlər səsləndirib.

Ermənistranın hərbi potensialı, onun arsenalındakı hərbi texnika, bu texnikanın imkanları hər kəsə məlumdur. Ötən əsrin 60-70-ci illərinə malik sovet texnikası ilə silahlanan, ordusunun ərzağa, geyimə olan ehtiyacını belə qarşılamaq iqtidarında olmayan Ermənistanın Azərbaycanın strtateji obyektlərini vurmaqla hədələməsi heç bir məntiqə sığmır və erməni hərbi-siyasi yetkililərinin xəstə təxəyyülünün məhsuludur. Çünki bu cür zərbələrin endirilməsi üçün güclü, müasir raket texnologiyasına ehtiyac var ki, bu texnologiya Ermənistan üçün bu gün də əlçatmazdır.

İkincisi, Azərbaycandakı bütün strateji obyektlər Azərbaycan ordusu tərəfindən yüksək səviyyədə müdafiə olunur. Odur ki, bu obyektlərin sıradan çıxarılması, hansısa formada zərbəyə məruz qalması sadəcə olaraq mümkün deyil.

Bunlar əsasən daxili auditoriyaya hesablanan bəyanatlardır. Rəsmi İrəvan bu kimi bəyanatlarla diqqəti daxildəki problemlərdən yayındırmağa çalışır. Lakin Ermənistan bilməlidir ki, öz işğalçılıq siyasətindən imtina etməyəcəyi təüqdirdə onu heç kim və heç nə xilas etməyəcək”.