Bu məlumatı Avropanın İqlim Dəyişikliyi Xidməti yayıb. Təşkilat bildirib ki, ümumilikdə, son on ildə temperatur artmağa davam edir. 2014-2019-cu illər isə ardıcıl olaraq ən isti dövrlər kimi yadda qalıb.
2016-cı ildə “El Nino” təbiət hadisəsi Yer kürəsində orta temperaturun 0.2° C artmasına səbəb olub. Son ildə isə temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1.2° yüksək olub. 1981-ci illə müqayisədə artım 0.6° təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır. Həmçinin çaylarımızı qidalandıran qar örtüyünün dağlarda azaldığı da qeydə alınır. //AZƏRTAC
“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm
Şeyxülislam: Azərbaycan dini tolerantlıq və multikultural həyat tərzi baxımından dünya dövlətləri üçün örnəkdir – MÜSAHİBƏ