13 sentyabr 2019 13:36
107

Özbəkistan Türk Şurasının üzvü olacaq

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın podrobno.uz portalı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatına istinadla məlumat verir.

Mövlud Çavuşoğlu deyib ki, Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü olmaq haqqında qərar qəbul edib. Ölkənin bununla bağlı rəsmi müraciəti Türk Şurasının Katibliyinə daxil olub. Müvafiq sənədlər artıq Özbəkistana göndərilib. Rəsmi qərar bu yaxınlarda qəbul ediləcək.

Türkiyənin Xarici İşlər naziri bildirib ki, Türkmənistan isə Türk Şurasında müşahidəçi kimi iştirak etməyə hazırdır. Tez bir zamanda Türk Şurası mühüm regional oyunçuya çevriləcək. Şuranın sıraları getdikcə genişlənir.

Xatırladaq ki, hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türk Şurasının üzvləridir.