02 iyul 2026 17:22
208

Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN

Xidmət yalnız müqavilə öhdəlikləri və fəaliyyət profilinin qorunması şərtlərinə əməl olunmasını izləyir

Özəlləşdirilən müəssisələrin fəaliyyətinə nəzarət qanunvericilikdə müəyyən edilmiş mexanizmlər əsasında həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Əziz Mirzəyev "İki sahil"in sorğusuna cavabında bildirib ki, investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələr üzrə nəzarət prosedurları alqı-satqı müqavilələrində öz əksini tapır. Bu proses müstəqil auditorların hazırladığı hesabatların yoxlanılması vasitəsilə həyata keçirilir.

Əziz Mirzəyev qeyd edib ki, özəlləşdirilmiş müəssisələr artıq özəl sahibkarlıq subyektləri hesab olunduğundan Xidmətin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.

Onun sözlərinə görə, yalnız özəlləşdirmə zamanı müəssisənin fəaliyyət profilinin saxlanılması şərti qoyulduğu hallarda həmin öhdəliyin yerinə yetirilməsinə nəzarət edilir.

Yaqut Ağaşahqızı, "İki sahil"