19 aprel 2019 19:39
9461

Parafin nədir?

Son vaxtlar dərimiz üçün istifadə etdiyimiz məhsullarla bağlı məlumatlı olmağa başlamışıq. “Parafinsiz” sözü artıq bir termin olub və daha çox insanlar parafinsiz məhsulların axtarışı üçün gözəllik dəhlizlərinə müraciət etməyə başlayıblar. Bəs parafin nədir? Sağlamlığımıza zərər verirmi? Parafindən qaçmağa ehtiyac varmı?

Parafin daha çox kosmetik məhsullarda istifadə edilən kimyəvi bir qoruyucu maddədir. Parafin demək olar ki, bütün kosmetik məhsullarda - nəmləndiricilərdə, şampunlarda və serumlardan kremlərə, losyonlara və diş pastalarına qədər bütün məhsulların tərkibində istifadə olunur. Parafin məhsulda bakteriya və zərərli maddələrin meydana gəlməsinə maneə törədir. Parafin tərkibli məhsullar aylar, hətta illərlə istifadə edilə bilər.

Ən çox istifadə olunan parafin növləri butilparafin, isobutilparafin, probilparafin, metilparafin və etilparafindir. Bu adları bir çox kosmetik və dəriyə qulluq məhsullarının içindəki maddələr siyahısında görmüş olmalısınız. Bir məhsulda bir və ya bir neçə növ parafin növü ola bilər. Parafinlər adətən,  məhsulu bakteriya və mikroblardan qoruyan digər qoruyucu maddələrlə birlikdə istifadə olunur.

1950-ci illərdən etibarən, parafindən kosmetik məhsullarda geniş şəkildə istifadə olunmağa başlayıb. Parafin növləri məşhurdur, çünki onlar zəif həssaslaşdırıcı deyillər və qoruyuculardan daha təsirlidirlər.

Kosmetik inqridientlər  FDA ilə birgə kosmetik məhsullarda və əla antimikrobiyal xüsusiyyətləri sayəsində, qida, təmizlik və hətta tibbi vasitələrdə də geniş istifadə olunur.

Parafinin zərərləri

Parafinlər həm zəhərli, həm də toksiki xüsusiyyətlər daşıyırlar.

Parafinlər dərini həssaslaşdıra, allergik reaksiyalara səbəb ola bilərlər. Onlar ekzema, qıcıqlanma və allergik reaksiyalar kimi dəri xəstəliklərinə səbəb olur.

Parafinlər ksenoestrogenlər hesab olunur. Başqa sözlə, bu kimyəvi maddələr bədəninizdə estrogen hormonunu təqlid edə bilər. Parafinlər bədəninizdə estrogen reseptorlarını bağlayır. Bu da xərçəngin inkişafına səbəb ola bilər.

Parafinlər UV şüalarının təsirindən yaranan zərərin səviyyəsini artıra  və dəri xərçənginə səbəb ola bilər.

Bu səbəblərə görə bir çox kosmetik və dəriyə qulluq markaları parafinsiz maddələrə keçdilər. Lakin bu məhsulların parafinsiz olduğu iddia edilmiş olsa da, konservantlardan istifadə edirlər. Məhsulların tərkibində parafin əvəzinə spirt, qreyfurt toxumu ekstraktı ya da sorbata qoruyucu kimi istifadə olunur.

Röya Rasimqızı, “İki sahil”