“İki sahil” “Newsarmenia” saytına istinadən bildirir ki, Daşnaksütyun ali qurumunun nümayəndəsi İşxan Saqatelyan, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini saxtalaşdırılması ilə yeni hakimiyyət dövründə xəyanətdə günahlandırılmamaq üçün hər şeyə əl atacağını söyləyib.
İ.Şaqatelyan mətbuata müsahibəsində “Ermənistanda yeni bir hakimiyyət qurulduğu zaman dövlətə xəyanət ittihamı ilə ədalətli məhkəmə təşkil ediləcək. Buna görə də Paşinyan bu seçkiləri saxtalaşdırmaq üçün hər şey edəcək. Nikol Paşinyanın rəhbərlik etdiyi bu seçkilər Ermənistan tarixindəki ən biabırçı seçkilər olacaq. Paşinyan hakimiyyətdə qalarsa, deməli, ölkə daha 4-5 ay anarxiyada qalmaqla, nifrət, parçalanma, qeyri-sabitlik davam edəcək. Belə olan halda Paşinyan başçılıq etdiyi ölkədə seçkilər keçirilə bilməz",- deyə bildirib.
Könül Əliyeva, “İki sahil”