27 iyun 2020 14:41
304

Paşinyan xalqını təhqir etdi

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan onlayn brifinqdə söyləyib. O, başqa alternativlərinin qalmadığını, pandemiyaya qarşı mübarizədə sərt tədbirlər həyata keçirməyin zəruri olduğunu deyib. Əlavə edib ki, bu, çox ciddi və sərt tədbirlər paketidir. Paşinyan bildirib ki, Ermənistan əhalisi təhlükəsizliyin vacibliyini tam anlamır və qaydalara əməl etmir. Bu, çox böyük problemlər yaradır. O, həmçinin qeyd edib ki, tətbiq olunan cərimələrin ödənilməsinə qoyulan müddət də azaldılacaq.