Çox mühüm geosiyasi məkanda, daim təlatümlü olan bir regionda yerləşən Azərbaycan gərgin anlarda vasitəçi rolunu oynayan aparıcı ölkədir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Geopragma beyin mərkəzinin vitse-prezidenti, deputat Patrisiya Lalonde söyləyib.
Patrisiya Lalonde qeyd edib ki, Azərbaycan “dondurulmuş“ adlandırılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə məruz qalıb. Ümid edirik ki, bu münaqişə tezliklə həllini tapacaq. Həmin münaqişə regionda hər an alovlana biləcək bir təhlükədir.
Geopragma beyin mərkəzinin vitse-prezidenti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransada fəaliyyət göstərən beyin mərkəzlərinin rəhbərləri ilə görüşündə onları maraqlandıran çoxsaylı suallara cavab tapdıqlarını qeyd edib.
Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib