28 sentyabr 2020 21:21
777

Pentaqonun polkovniki: Azərbaycanın sülhsevər addımları bugünədək qarşılıqsız qalıb

“Ərazi bütövlüyünü təmin etmək Azərbaycanın və bütün dövlətlərin doğal haqqıdır”.

"İki sahil" Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu fikirləri Pentaqonda, ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyi Baş Qərargahı Planlar, Strateji, və Siyasət şöbəsi, NATO/Avropa bölmə müdiri - ABŞ Dəniz Qüvvələrində "Con" ləqəbi ilə tanınan - əslən azərbaycanlı komandir Nəimi Amiral özünün “Facebook” hesabında paylaşıb.

O, təəssüflə qeyd edib ki, Azərbaycanın sülhsevər addımları bugünədək qarşılıqsız qalıb: “Evlərindən, obalarından olmuş ailələrimizin tezliklə öz yurdlarına qayıda bilməsini səbirsizliklə gözləyirik. Xeyirli və uğurlu olsun!”.