“İki sahil” offshore-technology.com saytına istinadən xəbər verir ki, Braziliyanın “Petrobras” dövlət neft şirkəti səhm alqı-satqısı müqaviləsi üzrə “Frade” yatağındakı 30% payını “PetroRio” şirkətinə 100 milyon dollara satır. Şirkət aldığı “Frade” konsorsiumunun 30%-də neft və qaz kəşfiyyatı aparmaq , istismar və hasilat öhdəliklərinə sahibdir. İmzalanan müqaviləyə görə, satılan 30% pay “Petrobras”şirkətinin köməkçi şöbəsi “Petrobras Frade Inversiones” (PFISA) tərəfindən idarə olunacaq və Frade yatağının istismarına məhz sözügedən köməkçi şöbə nəzarət edəcək.
Frade yatağı Rio de Janeyronun şimal sahilində yerləşən Kampos hövzəsində, suyun 1050-1300 metr dərinliyində yerləşir. Yataqdan 2019-cu ildə gündəlik 8400 barrel neft hasil olunub.