25 aprel 2019 16:45
607

Pilotsuz uçuş aparatlarının istifadəsi qadağan edildi

Şri-Lankada pilotsuz uçuş aparatlarının istifadəsinə qadağa qoyulub.

Publika.az xəbər verir ki, buna səbəb həftəsonu ölkə miqyasında dəhşətli teraktların törədilməsidir.

Şri-Lanka Mülki Aviasiya İdarəsi qadağanın ölkədə mövcud təhlükəsizlik durumuna görə tətbiq edildiyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Pasxa bayramı günü Koççikade şəhərindəki St. Entonii, Katanadakı St. Sebastiyan, Battikaloadakı Məryəm Ana kilsələrində və Kolomboda yerləşən 3 lüks hoteldə partlayışlar meydana gəlmişdi. Daha sonra paytaxtda iki partlayış da törədilmişdi. Hadisə nəticəsində 359 nəfər ölmüş, 500 insan yaralanmışdı.

Hücumlarla bağlı olan şübhəli sayı 76 nəfərə çatıb. İnterpol və ABŞ Federal Təhqiqatlar Bürosu bölgədə fəaliyyətdədir.

Hücumların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.