12 sentyabr 2019 11:33
1006

Plantasiyalarda məhsul boldur

Masallı rayonunun böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndində  adamların əsas dolanışığı torpaqdan çıxır. Buna görə  də burada torpağın bir qarışı belə boş saxlanmır.  Xırmandalıda demək olar ki, bütün  kənd təsərrüfatı məhsulları istehsal edilir. Üçüncü ildir ki, bunlara ənənəvi sahə sayılan, bir müddət unudulan tütünçülük də əlavə olunub. Torpaq adamları  bu sahədən daha çox gəlir əldə edə bilirlər.

Kənddə  tütünçülüyün inkişafı  istiqamətində  geniş işlər görülür. Bu il 5 hektar sahədə tütün əkilib. Plantasiyalarda  bol yarpaq yetişib. Tütünçülər hər hektardan ən aşağı 2 ton məhsul  yığmağı  nəzərdə tutublar. Hazırda plantasiyalarda böyük əmək  coşqunluğu yaşanır.  İndiyə kimi “Şəki- İlham” MMC-yə 4,2 ton yüksək keyfiyyətli quru tütün yarpağı   göndərilib. Məhsul  yığımı  oktyabr ayının sonuna kimi davam edəcək.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü