Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Trend-in məlumatına görə, sənədə əsasən, Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.
Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq - Rəcəb Tayyib Ərdoğan
XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır