Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.
Trend xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin, təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.
Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verdi.
Azərbaycana xəyanət edənlərin sonu: Mehdiyevin xain məktubu ilə nələr ifşa edildi?
Milli Məclislə Ərəb Parlamenti arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib
Azərbaycanın siyasi partiyalar sistemində yuxarıdan sərt islahat zərurəti tam yetişdi...