16 yanvar 2021 17:41
854

Prezidentin Şuşaya səfəri Ukrayna KİV-lərində geniş işıqlandırılıb FOTO

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın mədəniyyət paytaxtı Şuşa şəhərində olmaları barədə Ukraynanın nüfuzlu KİV-ləri geniş materiallar dərc edib.

“İki sahil” AZƏRTAC-a istinadla  xəbər verir ki, nüfuzlu “Gordon”, “Senzor”, “Korrespondent” və digər nəşrlərdə Prezident İlham Əliyevin Şuşa şəhərində Azərbaycan bayrağını ucaltdığı qeyd olunub, Ali Baş Komandanın çıxışındakı fikirlərə geniş yer verilib: “Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm”.

Məqalələrdə Füzulidə yeni beynəlxalq hava limanının təməlqoyma mərasimi barədə də geniş məlumat verilib.