19 avqust 2026 14:05
137

 “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb - FOTO

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente” klubunun qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi ölkəyə yollanıb.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Ensxede şəhərinə yola düşüb.

Qeyd edək ki, avqustun 20-də Niderlandın Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.