18 sentyabr 2024 13:47
514

Qazaxıstan Rusiyadan Amur pələngi idxal edəcək

2025-ci ildə Rusiyadan Qazaxıstana bir neçə Amur pələngi gətiriləcək. Bu, respublikada yoxa çıxan Turan pələnglərinin populyasiyasının dirçəldilməsi layihəsi çərçivəsində həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev məlumat verib.

O məlumat verib ki, daha iki Amur pələngi tezliklə Hollandiyadan Qazaxıstana gətirilməlidir. Onun sözlərinə görə, Amur pələngi Turan pələnginin ən yaxın qohumudur, sonuncusu 1948-ci ildə Qazaxıstanda öldürülüb. Tarixən Turan pələngi Balxaşda İli çayının mənsəbindəki qamışlıqlarda yaşayıb.

Layihənin təşəbbüskarı Ümumdünya Vəhşi Təbiət Fondu idi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”