13 iyul 2020 19:42
1181

Qazaxıstanda karantin rejimi iyulun sonuna qədər uzadıldı

Qazaxıstanda epidemioloji vəziyyətlə əlaqədar karantin rejimi daha iki həftə - iyulun sonuna qədər uzadılır. Bunu dövlət başçısı Kasım-Jomart Tokayev açıqlayıb.

Dövlət başçısı qeyd edib ki, polis və sanitar həkimlər karantin tədbirlərinə ciddi əməl olunmasını təmin etməlidirlər. Sərtləşdirilmiş karantin tədbirləri vətəndaşların sağlamlığını qorumaq üçün lazımdır.

Xatırladaq ki, Qazaxıstanda karantin rejimi iyulun 5-də tətbiq edilib.

Son məlumata görə, ölkədə 59 min 899 koronavirus xəstəsi var. Ölənlərin ümumi sayı 375 nəfərdir.