İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayı təqdim edilib.
"İki sahil" xəbər verir ki, 2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 6,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 721 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb. Bu ilin yanvar-may ayları ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon, İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6 faiz, İsveçrəyə 26 faiz və Çinə 40.3 faiz artıb.
“Global Terrorism Index 2026” hesabatı Azərbaycanın investisiya cəlbediciliyini bir daha təşviq edir
Bank əməkdaşları Qiymətləndiricilər Palatasına üzv ola bilər – AQC sədrindən TƏKLİF
Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri və TDT-nin Budapeştdəki Nümayəndəliyinin icraçı direktoru ilə görüşüb