22 may 2020 10:45
172

Qusarda ağac kəsimi ilə bağlı açıqlama - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

"İki sahil" xəbər verir ki, H.Əlizadə qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub: "Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub."