“Bildiyiniz kimi ilk mərhələ də tibb işçilərinin vaksinasiya prosesi baş tutdu. Tibb işçilərinin 70% peyvənd olunub".
"İki sahil"ə verilən məlumata görə, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, 8 fevral tarixindən etibarən artıq strategiyada qeyd olunduğu kimi ikinci mərhələ başlayır: "İkinci mərhələdə yaşı 65-dən yuxarı olan əhali qrupunun peyvəndlənməsi nəzərdə tutulur. Poliklinikalarda yaradılan məntəqələrdə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn keçiriləcək. Qeydiyyata alınmaq üçün yaşı 65-dən yuxarı olanlar randevu.its.gov.az linkinə daxil olacaq. Linkə daxil olanların qarşılarına hazır qeydiyyat forması çıxır. Həmin formanı doldurmaqda çətinlik çəkənlər üçün yazılı və videoçarx şəkilində təlimat var.
Bu zaman belə bir sual yaranır. Yaşı 65-dən yuxarı insanların bəziləri internet istifadəçisi deyil. Bu halda həmin adamlar qeydiyyatdan necə keçə biləcək?