27 iyun 2020 15:48
815

Rəşad Sadıqov: Koronavirusa inanmayanları məsuliyyətsiz adlandırıb

"Mənim qohumlarımdan və dostlarımdan da koronavirusa yoluxan olub".

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi virusa inanmayan şəxsləri məsuliyyətsiz adlandırıb: "Kimsə inanmırsa, məsləhətim odur ki, sussun danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. Onların yanına getməkdən ehtiyat edirəm. Onları qoruyuram. Daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam".