31 may 2020 15:36
1331

Roza: 48 işçiyə maaş verirəm

38 rəsmi, 10 nəfər isə ştatda olmayan işçim var. Onların müdirləriyəm. İnsanlar işləyirlər və bunun qarşılığında maaş alırlar.

Bu sözləri müğənni Roza Zərgərli "X maqazin" proqramına açıqlamasında bildirib.

Sənətçi 48 işçiyə əməkhaqqı verdiyini bildirərək, bir neçə sahədə fəaliyyət göstərdiyini deyib: "Baxmayaraq ki, peşəm rejissorluqdur, incəsənətə ifaçı kimi gəlmişəm. Bir çox layihələrin rəhbəriyəm. Yəni biznes tərəfim var. Yazaram, prodüserəm. İki ildir ki, pedoqoji fəaliyyətimi davam etdirirəm, dərs deyirəm". //Qafqazinfo