Rumıniyada koronavirusa yoluxanların sayı 24 min 505 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 214 yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin ümumi sayı 1539 nəfərdir. 17 min 187 nəfər sağalıb. 1241 nəfər karantinə yerləşdirilib, 71 min 768 nəfər evində təcrid olunub.
Ölkə Prezidenti Klaus Yohannis və hökumət nümayəndələri xəstələrin sayının artması ilə əlaqədar əhalini sanitar normalara daha ciddi riayət etməyə çağırıblar.