16 yanvar 2020 16:48
842

Rumıniyada quş qripi virusunun ocağı aşkar edilib

Rumıniyanın Maramureş bölgəsinin Seyni yaşayış məntəqəsində quşçuluq fermasında quş qripi virusu aşkar edilib.

Bölgənin sanitar-baytarlıq orqanları quşların tezliklə məhv edilməsi prosedurunu həyata keçiriblər. Bu 2006-cı ildə minlərlə quşun yandırılmasından sonra fermada qeydə alınan ilk təhlükədir. Bu dəfə virus Mərkəzi Avropadan gəlib.

Qeyd edək ki, quş qripi virusu infeksion xəstəlik sayılır və 50 növ ev və vəhşi quşlara təsir edir. Bu yaxınlarda Polşada da quş qripi virusunun 9 ocağı aşkar edilib.