16 mart 2020 11:18
1768

Rusiya Belarus ilə sərhədi bağlayır

Rusiya koronovirusun yayılmasının qarşısını almaq məqsədilə Belarusla sərhədi bağlayır.

Bu barədə Baş Nazir Mixail Mişustin məlumat yayıb.

O qeyd edib ki, Rusiya-Belarus sərhədi insanların gediş-gəlişi üçün bağlanır. Baş Nazir koronovirusla mübarizə üçün bundan sonra da qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. //AZƏRTAC