Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazada xidmət edən 23 yaşlı hərbçi Aleksandr Babuşkin naməlum şəraitdə ölüb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Hərbçinin meyiti Muş məhəlləsində 32 saylı mənzildə aşkarlanıb.
Məlumata görə, çavuş Aleksandr Babuşkin müqavilə əsasında 102 saylı hərbi bazada xidmət edirmiş. Hadisənin səbəbi araşdırılır.
Maliyyə naziri: Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon dollara çatıb
Paşinyan Karapetyanın Baş nazir postuna namizədliyinin irəli sürülməsini şərh edib
Paşinyan: ABŞ ilə nüvə enerjisi sahəsində saziş – Amerika texnologiyalarına çıxışdır