07 oktyabr 2019 17:23
96

Rusiyalı diplomat: "Güc mərkəzləri arasında dialoqun qurulmasında Azərbaycan mühüm rol oynaya bilər"

Avropa İttifaqı, Rusiya, Çin kimi böyük geosiyasi güc mərkəzləri arasında dialoqun qurulmasında Azərbaycan, Belarus və Özbəkistan platform olaraq mühüm rol oynaya bilər.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Dmitriy Mezentsev “Minsk dialoqu” forumunda Avropada təhlükəsizliyin gələcəyinə dair gənc siyasətçilərin məruzəsini şərh edərkən bildirib.

Belə ki, sənəd müəlliflərinin fikrincə, Belarus, Azərbaycan və Özbəkistan müasir dövrdə Avrasiya inteqrasiyası prosesi dərinləşdikcə Avropa İttifaqı, Rusiya, Çin arasında qarşılıqlı fəaliyyətləri yoluna qoymaq iqtidarında olan mühüm hub olaraq yeni rol icra etməyə başlamalıdır.

“Belə rol ikitərəfli münasibətlərin ümumi konteksində, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda əksini tapsa, bunu yalnız alqışlamaq olar”, - deyən rusiyalı diplomat ABŞ-ın mövqeyini də nəzərə almağın zəruriliyini qeyd edib.