Milli Məclisə seçkilərdə saat 17:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb. Secki-2020.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 70.5 faiz (46 min 225 seçicidən 27 254 nəfər) seçici fəallığı qeydə alınıb. Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,9 % (53 min 4 seçicidən 13 min 771 nəfər) təşkil edib.
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident