13 yanvar 2021 21:40
1480

Sadio Tounkara "Keşlə"də

"Keşlə" futbol klubu 28 yaşlı yarımmüdafiəçi Sadio Tounkara ilə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilir ki, daha əvvəl ölkəmizdə "Xəzər Lənkəran", AZAL, "Zirə", həmçinin Kiprin "EN Paralimniou" və Estoniyanın "Narva Trans" klublarında çıxış etmiş malili futbolçu mövsümün sonuna qədər Bakı tımsilçisinin şərəfini qoruyacaq.