09 fevral 2020 12:36
1155

Seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb

Artıq bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etmişik. Məntəqələr müasir avadanlıqla təchiz edilib. Ən əsası budur ki, seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb. Bu onu göstərir ki, deputat seçkilərinə ciddi hazırlıq görülüb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisə keçirilən seçkiləri izləyən tatarıstanlı müşahidəçi Artiyon Elizarov söyləyib.

O deyib: “Azərbaycanda deputat seçkiləri yüksək əhval-ruhiyyədə keçir. Deyərdim ki, bu seçkilər ölkədə demokratiyanın dərinləşməsində növbəti mühüm addımdır. Müşahidə apardığım məntəqələrdə növbələrin şahidi oldum. İnsanlar məntəqələrə gələrək fəallıqla seçici hüququndan istifadə edirlər. Dairə və məntəqələrdə həm də çoxsaylı müşahidəçilər gördüm. Seçkilər azad, demokratik və şəffaf keçir”.