23 fevral 2019 20:19
973

Sənan Qurbanov: Bizə belə oyun tərzi lazım deyil

Topaz Premyer Liqanın 18-ci turunun "Qəbələ" – "Keşlə" oyunundan (0:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

"İki sahil" klubun saytına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. O, komandasının çıxışından narazı qalıb:

"Bu görüşdə qalib gəlmək istəyirdik. Matça hazırlaşmışdıq, futbolçulara tapşırıqlarımızı vermişdik. Qalib gələ bilmədiyimizə təəssüflənirik. Birinci hissədən tam narazıyam. İkinci yarıda komanda nisbətən hərəkətli idi. İmkanlarımız da oldu. Həm qələbə qazana, həm də uduza bilərdik. Bu matç üçün heç-heçə ədalətli nəticə idi. Bizə belə oyun tərzi lazım deyil. Bəzi epizodları yaxşı kimi qeyd etmək olsa da, ümumilikdə oyundan narazı qaldım. Futbolçulara aşılamağa çalışdıq ki, əvvəlki matçı unutmaq lazımdır. Ola bilər ki, keçən turdakı oyundan razı qaldıq. Bu dəfə daha istəkli komanda gözləyirdim”.