16 yanvar 2020 16:50
642

Serbiya əhalisinin sayı kritik həddə düşüb

Serbiyanın yeni tarixində ilk dəfə olaraq əhalinin sayı kritik həddə düşüb.

Ölkədə doğulan uşaqların sayı artsa da, bu göstərici ölənlərlə müqayisədə xeyli azdır. Bu da ümumi sayın 7 milyon nəfərdən aşağı düşməsinə səbəb olub. Son statistik göstəricilərə əsasən, ötən il Serbiyada 63 min uşaq doğulub, 103 min nəfər isə həyatını itirib.

Bu göstəricilərlə Serbiya və qonşusu Bolqarıstan BMT-nin proqnozlarına görə, 2040-cı ilədək əhalilərinin 40 faizini itirə bilərlər.

Serbiyada orta yaş həddi 43-dür. Ortalama bir ailəyə isə 1,48 uşaq sayı düşür. Artımı təmin etmək üçün isə doğum faizi ailəyə 2,1 olmalıdır.