24 iyun 2020 09:03
265

Şagirdlərin sayı 30 nəfərdən çox olduqda...

Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Qərarda qeyd olunur ki, tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.