21 may 2020 14:37
944

Sizin sayəsində koronavirus epidemiyasına tezliklə qalib gələcəyik

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Zəngilan rayonundan məcburi köçkün, 8-ci sinif şagirdi Murad Şirinov: “Möhtərəm cənab Prezident! Biz məktəblilər Sizi çox sevirik, Sizdən daim valideyn qayğısı görürük. Sizə olan hisslərimiz o qədər güclüdür ki, onları sözlə ifadə etməyə də çətinlik çəkirik. Bizlərə göstərdiyiniz diqqətinizə görə Sizə təşəkkür edirik. Sizin qayğınıza cavab olaraq dərslərimizi yaxşı oxuyacağımıza, Vətənə layiq övlad kimi böyüyəcəyimizə söz veririk. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”

Kəlbəcər rayonundan məcburi köçkün Elmir Cəfərov: “Hörmətli cənab Prezident! Sizin sayənizdə Azərbaycan koronavirus pandemiyasına qarşı vaxtında ciddi tədbirlər gördü. Rəhbərliyinizlə bütün səylər birləşdirilərək məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyası quruldu və pandemiyaya qarşı mübarizədə uğur qazanıldı. Pandemiya vaxtında Azərbaycan xalqına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edir, hörmət və ehtiramımızı bildiririk. Xalqımız, o cümlədən məcburi köçkünlər hər zaman Sizi dəstəkləyir və uğurlu fəaliyyətinizlə fəxr edirlər. Allah Sizi qorusun!”

Laçın rayonundan məcburi köçkün Elçin Zeynalov: “Hörmətli cənab Prezident! Azərbaycan ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünya dövlətləri arasında tanındı. Biz fəxr edirik ki, bu gün həmin siyasəti Siz layiqincə davam etdirirsiniz. Cənab Prezident, dünyamız gözəgörünməz bəla ilə mübarizə aparır. Digər ölkələr bu bəladan ağır itkilər verdiyi halda, Siz Azərbaycan xalqını, millətini qorudunuz. Xalqımız seçimində yanılmadığı üçün qürur hissi keçirir. Siz öz əməlinizlə, zəhmət və uzaqgörənliyinizlə xalqımızı bu bəladan xilas etdiniz. Özünü güclü sayan dövlətlərin koronovirus epidemiyasının qarşısında aciz qaldığı bir vaxtda, Sizin gördüyünüz tədbirlər Azərbaycan xalqını zəfər qələbəsinə yaxınlaşdırır. Bu yorulmaz fəaliyyətə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Sizin sayənizdə tezliklə bu bəlaya qalib gələrək torpaqlarımızı da azad edəcək, bayrağımızı Qarabağdakı, Laçındakı zirvələrdə ucaldacağıq. Biz buna əminik.”

Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsindən 12 yaşlı Nərmin Nəsirova: “Hörmətli cənab Prezident! Biz məktəblilər Sizin “Evdə qal” çağırışınıza əməl edərək məktəblərə getmədik, dərslərimizə evdə davam etdik, onlayn dərslər keçdik. Evdə qalsaq da, məyus olmadıq. Bilirik ki, Siz bizim sağlam və xoşbəxt böyüməyimiz üçün yorulmadan çalışırsınız. Buna görə də Sizi çox sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram.”

Xocalı rayonundan məcburi köçkün, Qarabağ əlili Elmira Bağırova: “Hörmətli cənab Prezident! Mən Sizə Xocalı rayonundan olan məcburi köçkünlərin minnətdarlığını çatdıraram. Bu ağır və çətin günlərdə bizə göstərdiyiniz qayğı misilsizdir. Xalqa göstərdiyiniz bu qayğı heç vaxt unudulmayacaq. Bu fədakarlığınız xalqın Sizə olan inamını daha da artırdı. Siz bu qayğılı günlərdə bizim yanımızda oldunuz. Biz də həmişə Sizin yanınızda olacağıq. Sizinlə fəxr edirik.”

Xankəndi şəhərindən Vasif Allahverdiyev: “Hörmətli cənab Prezident! Bütün dünyada və eləcə də ölkəmizdə yaranmış bu gərgin vəziyyətdə hər bir vətəndaşın yanında oldunuz və bizə nə qədər yüksək dəyər verdiyinizi bir daha isbat etdiniz. Bunun üçün Sizə minnətdarlığımı bildirirəm və əminliklə deyirəm ki, verdiyiniz ağıllı qərarlar sayəsində hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz. Biz qarabağlılar torpaqlarımızın düşmən işğalından azad olunacağı günü də səbirsizliklə gözləyirik və Sizə inanırıq. Allah Sizə cansağlığı versin.”

Gəncə şəhərindən Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Aydın Murovdağlıdan:            “Möhtərəm cənab Prezident! Bəşəriyyətin 21-ci yüzilliyin birinci yarısında düçar olduğu, heç bir müasir texnologiya və silahla susdurulması mümkün olmayan, inkişaf etmiş, hər bir super gücə malik olan dövlətlər tərəfindən belə ram edilə bilməyən, böyük insanlığı naçar vəziyyətdə qoyan, yeni əsrin yeni bəlası adlandırılan koronavirusun hökm sürdüyü çox ağır bir məqamda bir ölkə vətəndaşı, ziyalısı olaraq, millətinin, xalqının taleyini hər şeydən üstün tutan, hamının sevimlisinə, ölkə vətəndaşlarının qarantına, uzaqgörən, xeyli dərəcədə tədbirli ölkə başçısına üz tuturam. Siz bütün dəyərlərə yiyələnən, özü haqqında həmişə yüksək fikir formalaşdırmağa nail olan, humanizmi, mərhəmət hissini, ədalət prinsipini, böyük insan amilini öz şəxsiyyətində cəmləşdirən, intellektual düşüncəyə önəm verən, mükəmməl qətiyyətə və iradəyə malik Lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz, tapşırıqlarınız, son dərəcə mütərəqqi ideyalarınızla bunu bir daha sübut etdiniz. Siz böyük cəsarətlə, inam hissinin gücü ilə nümayiş etdirdiniz ki, insan kapitalı Azərbaycan xalqının timsalında Sizdən ötrü bütün maddi dəyərlərdən üstündür. Məhz Sizin azad, demokratik və müstəqil dövlətimizə ideal rəhbərliyiniz sayəsində dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən, vurğuladığınız kimi, gözəgörünməz düşmən olan koronavirus Azərbaycanda kütləviləşə bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoya bildiniz. Ona görə də Siz ən böyük mükafata, ən sürəkli alqışlara, ən isti təşəkkürlərə layiqsiniz. Ancaq xalqın sevgisindən, məhəbbətindən böyük mükafat dünyada yoxdur. Siz bu yüksək mükafata dönə-dönə layiq görülmüsünüz. Azərbaycan xalqının bir sıravi vətəndaşı olaraq mən də öz növbəmdə Sizə təşəkkürlərimi yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, Sizin kimi Prezidentim var.Ulu Tanrı Sizi Qorusun. Yaşasın Müstəqil Azərbaycan, yaşasın Prezident İlham Əliyev!”

Qəbələ rayonundan İvan Şabanov və Elnarə Şərifova: “Möhtərəm cənab Prezident! Dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı gördüyünüz işlər və xüsusi karantin rejiminin tətbiqi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Qabaqlayıcı tədbirlərə, həmçinin işləməyən şəxslərə 190 manat birdəfəlik ödənişin verilməsinə, aztəminatlı ailələrə isə ərzaq yardımının göstərilməsinə görə rayonumuzun sakinləri adından Sizə minnətdarıq. Biz Sizinlə fəxr edirik. Allahdan Sizə cansağlığı diləyirik. Əminik ki, Sizin sayənizdə Qarabağımız da tezliklə işğaldan azad olunacaqdır.”

Şəmkir rayonundan Mehdi Həsənov: “Hörmətli cənab Prezident! İnternet saytlarından, mətbuatdan görürük ki, respublikanın müxtəlif bölgələrindən Sizə ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur. Xalqımızın koronavirus pandemiyası ilə mübarizədə az itki verməsi, kütləvi yoluxmanın müşahidə edilməməsi Sizin gərgin əməyinizin nəticəsidir. Respublikamızın başı üzərini qara bulud kimi alan pandemiya inanırıq ki, tezliklə tam aradan qaldırılacaqdır. Əziz Prezidentimiz, şəmkirlilərin Sizə və Mehriban xanım Əliyevaya olan hörmət və rəğbəti sonsuzdur. Allah Sizlərə uzun ömür, cansağlığı versin.”

Tərtər rayonundan B.Nəzərov: “Möhtərəm cənab Prezident! Dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə şəraitində işçilərin işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının əvvəlki qaydada ödənilməsi, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat vəsait verilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımlarınız təqdirəlayiqdir. Kənd təsərrüfatının inkişafı üçün edilmiş güzəştlər, bu sahədə çalışanlara şərait yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. Biz də öz növbəmizdə Vətənimizin rifahı üçün var qüvvəmizlə çalışır və bu çətin günlərdə bizə olan qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk”.”

Goranboy şəhərindən 2-ci sinif şagirdi Mələk Mollayeva: “Hörmətli cənab Prezident! Siz, xalqımızla birlikdə məni, qoca nənəmi, anamı qorudunuz, bizi xəstələnməyə qoymadınız. Mən ailə üzvlərimlə birgə hər gün televiziyada xəbərləri izləyirəm. Görürəm ki, dünyanın bir çox ölkələrində hər gün çoxlu sayda insan koronavirus səbəbindən həyatını itirir. Ölkəmizdə isə vəziyyətin yaxşı olduğunun şahidiyəm. Mən bu dünyada 5 nəfəri ən çox istəyirəm: Sizi, Mehriban xanımı, anamı, nənəmi və dayımı. Mən də böyüyəndə Sizin kimi, insanları sevəcəyəm və xeyirxah olacağam. Bizi qoruduğunuz üçün Uca Tanrı Sizi qorusun.”

Kürdəmir şəhərindən Bahadur Paşayev: “Hörmətli cənab Prezident! Mən, şəhid atası Bahadur Paşayev Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Şəhid ailəsi olaraq biz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq. Şəhidlərin ruhuna böyük ehtiram bəslənilməsi, onların ailələrinə qayğı ilə yanaşılması indiki gənc nəslin vətənpərvərlik ruhuna da müsbət təsir göstərir. Gənclər, Vətən yolunda şücaət göstərən şəxslərin heç vaxt unudulmadığını görür və bütün bunlardan ibrət götürürlər. Sizin göstərişlərinizə uyğun olaraq, mənim ailəm üçün hazırda ev tikilir. Şəhid ailəsi adından bir daha Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizi və Azərbaycanımızı qorusun.”

Göygöl rayonundan Fizuli Mirzəyev, Samir Mahmudov və Emilya Rəfibəyli: “Hörmətli cənab Prezident! Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyası tam nəzarət altındadır. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və xəstəlikdən ölüm halları dəfələrlə çoxdur. Siz hər zaman vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam”. Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmağınız buna bariz nümunədir. Bütün bunlara görə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivi adından Sizə, eyni zamanda, Sizinlə çiyin-çiyinə çalışan, xalqına diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik. Biz də öz üzərimizdə çalışaraq hər zaman Prezidentimizə, dövlətimizə və xalqımıza şərəflə, layiqli şəkildə xidmət edəcəyik. “Biz birlikdə güclüyük!” çağırışınız işimizdə bizlərə stimul olacaq.”

Füzuli rayonundan Mübariz Bayramov, Mübariz Bayramov, Kamran Qasımov, Vüsal Baratlı, Afərim Abbasova, Aminə Quliyeva, Vilayət Sadıqov və Kənan Məmmədli: “Möhtərəm cənab Prezident! Biz - cəbhə bölgəsində yaşayan məcburi köçkünlər inanırıq ki, Sizin sayəsində koronavirus epidemiyasına tezliklə qalib gələcəyik. Tapşırığınıza əsasən yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı ailəyə karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun.”

Ağdam rayonunun Qasımbəyli qəsəbəsindən Nargilə Məmmədova: “Hörmətli cənab Prezident! Ağdam rayonundan məcburi olaraq köçkün düşdükdən sonra 6 nəfərlik ailəmlə Yevlax rayonunun ərazisində məskunlaşmışdıq. Daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Respublikanın belə çətin günlərində ailəmiz yenə Sizin qayğınızı gördü. Bu günlərdə yeni evlə təmin olunmağımız hər birimizin böyük sevincinə səbəb oldu. Allah da Sizi və xalqımızı sevindirsin, daim üstünüzdə yar olsun. Bu qayğıya görə ailəmizin adından Sizə minnətdarlığımızı bildirir, bol uğurlar arzulayıram.”