15 yanvar 2021 11:36
470

SOCAR-ın əməkdaşı “Discovery-2020” müsabiqəsində qalib olub

Elm dünyasında uğurları ilə fərqlənən SOCAR əməkdaşları sırasında Elvin Əhmədov da var.

“Azneft” İB-nin şöbə rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov müəllifi olduğu ″Tektonik qırılmaların xüsusiyyətlərinin geoloji-riyazi üsullar vasitəsilə tədqiqi″ adlı layihəsi ilə Rusiya Elm və Yaradıcılıq Cəmiyyətinin təşkil etdiyi “Discovery-2020” qrant müsabiqəsində “Yaradıcı elmi yanaşma” nominasiyası üzrə II yerin qalibi olub.

70-dən çox elmi əsərin müəllifi olan həmkarımız dəfələrlə respublika və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib, diplomlarla təltif olunub.