09 dekabr 2019 16:06
6654

Sumqayıtda “Gül” uşaq bağçasının açılışı olub - FOTO

Sumqayıt şəhərindəki 17 saylı “Gül” uşaq bağçası əsaslı təmir və yenidənqurma işlərindən sonra körpələrin ixtiyarına verilib.

Dekabrın 9-da keçirilən açılış mərasimində Sumqayıt Şəhər  İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və “Azərikimya” İB-nin Baş direktoru İmran Arzumanzadə iştirak ediblər.

Məlumat verilib ki, 17 saylı uşaq bağçası 1959-cu ilə istifadəyə verilib və əsaslı təmir bağçanın 60 illik yubileyinə ən gözəl hədiyyədir. Bağça bütövlükdə əsaslı təmir olunub ki, bura da 4 boyük qrup otağının, bir musiqi zalının 4 soyunub-geyinmə otağının, bir əsas və 4 yardımçı mətbəxin, iki saxlama anbarının əsaslı təmiri, qapı və pəncərələrin yenilənməsi, dam örtüyünün dəyişdirilməsi və s. daxildir. Həmçinin həyətyanı ərazi abadlaşdırılıb, 1000 kvadratmetr tamet döşənib, 1100 kvadratmetr yaşıllıq zolağı salınıb, yüzlərlə ağac və gül kolları əkilib, hasar tamamilə yenilənib, istilik sistemi yenidən qurulub və nəzarət kameraları quraşdırılıb.

Sonra mərasim iştirakçıları bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.

Zakir Fərəcov qeyd edib ki, bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən Sumqayıt şəhərində müasir uşaq bağçaları tikilir, əsaslı təmir olunur və zəruri avadanlıqla təchiz edilərək körpə fidanların ixtiyarıa verilir ki, bu da uşaqların təlim-tərbiyəsi, kiçik yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir.

Bağçanın uşaqları geniş ədəbi-bədii proqramla qonaqların qarşısında çıxış edib, vətənpərvərlik ruhlu şeirlər söyləyib və musiqi nömrələri təqdim ediblər.

Bağçanın rəhbərliyi və uşaqların valideynləri adından əsaslı təmirə görə şəhər rəhbərliyinə və bu işdə əməyi keçənlərə minnətdarlıq ifadə olunub.

Orxan Vahidoğlu, “İki sahil”