31 may 2020 19:06
1247

Sünnət neçə yaşda edilməlidir?

Mütəxəssislərin fikrinə görə, uşaqların psixologiyasının zədələrdən uzaq qalması üçün sünnət prosesində yaş önəmli faktordur. Qeyd olunur ki, yanlış seçim müəyyən travmalarla nəticələnə bilər.

3-6 yaş arası uşaqlar üçün sünnət tövsiyə edilmir.

Hesab olunur ki, 6-11 yaş aralığı sünnət üçün ən ideal vaxtdır. Bu dönəm uşağın ibtidai məktəbə başladığı dövrdür. Bu yaş qrupunda olan uşağın şəxsiyyəti formalaşdığından ona vəziyyət izah edildiyi zaman sünnətə hazır olub-olmadığı anlaşılacaq. Beləliklə, qorxudan qurtulmaqla psixoloji travmanın qarşısını almaq olar.

Mütəxəssislərin fikrincə, sünnət zamanı aşağıdakı nüanslara diqqət edilməlidir:

- Sünnət cərrahi əməliyyat olduğundan və həssas bölgəni əhatə etdiyindən ağrılarla mübarizə aparmaq lazımdır.

- İlk 24 saat ərzində yüngül qanaxma baş verə bilər. Ancaq həddən artıq qanaxma olarsa, müdaxilə edilməlidir.

- Bu sahədə mütəxəssislərə üstünlük verilməlidir.

- Uşaqlara sünnətlə bağlı qorxulu fikirlər aşılanmamalıdır. //Publika.az